- Baxış sayı: 18
- 24 Dekabr 2025 13:21
- Baxış sayı: 147
- Dekabr 23, 2025
- 0


“Fənərbağça”nın prezidenti Sadəddin Saranın narkotik testinin nəticəsi müsbət çıxıb.
Allsport.az xəbər verir ki, Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində 61 yaşlı klub rəhbərindən götürülən saç nümunəsində kokain izləri aşkarlanıb.
Məhkəmənin qərarı ilə Saran barəsində məhkəmə nəzarəti tədbiri seçilib və ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılıb.