- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan voleybol federasiyasının regional inkişaf mərkəzi və təhsil nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında bu idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün seminarlar davam edir.
Allsport.az saytı xəbər verir ki, fevralın 5-də start götürən məşğələ, Bakı, Şəki, Yevlaxdan sonra, Şirvan rayonunda təşkil olunub. Aprelin 16-da Şirvan rayonunda baş tutan dərslərə 9 rayondan (Şirvan, Cəlilabad, Masallı, Ağsu, Neftçala, Saatlı, Sabirabad, Hacıqabul, İmişli) ümumilikdə 18 məşqçi-müəllim qatılıb.
AVF-nin RİM-in rəhbəri Nərgiz İsmayılova, 4 nömrəli olimpiya ehtiyatları məktəbinin dərs hissə müdiri Çingiz Səmədov iştirakçılara planlar barədə danışaraq, birgə görüləcək işlərdə uğurlar arzulayıblar. Seminarın əsas praktik hissəsi isə zalda davam edib.
Məşqçi-seleksioner Tatyana Korjova müxtəlif yaş qruplarında olan uşaqlar üçün təşkil olunan məşq prosesini nümayiş etdirib. O, məşq zamanı həm texniki qaydalar, həm də fiziki hazırlıqlarla bağlı ətraflı məlumat verib.Sonda uşaqlara fəxri diplomlar, iştirakçı məşqçi-müəllimlərə isə sertifikatlar və toplar təqdim edilib.