- Baxış sayı: 57
- 26 Mart 2026 10:00
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyük hesablı qələbə qazansaq da, bunu hiss etdik”. Allsport.az saytı xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futzalçısı İsa Atayev çempionlar liqasının ilk matçında Türkiyənin “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbəni şərh edərkən deyib.
Hesabda üstünlüyün qazanılmasında pay sahibi olan hücumçu matçda dubl edib. O, özəlliklə, vurduğu 1-ci qolla diqqət çəkib – qapıçının başı üzərindən topu tora qovuşdurub. Sitat:
“Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.