Staloni: “Ölmək üçün hələ çox gəncəm”

Holivudun əfsanəsi Silvester Staloni həyatından qorxaraq, filmdə Mayk Taysonla döyüşməkdən imtina edib.

Allsport.az xəbər vevrir ki, filmlərin çəkilişləri zamanı Stalone Antonio KarverDolf Lundqren kimi döyüşçülərlə əməkdaşlıq etsə də, əfsanəvi boksçu Taysonla işləməkdən imtina edib.

Tayson Stalonenin filmlərindən birində antiqəhraman kimi rol almaq istəyirdi. Lakin aktyor buna hazır deyildi:

“Mayk kinoda mənimlə döyüşmək istəyirdi, amma mən düşünürdüm ki, bu, pis fikirdir.

Cavan olmasam da, ölmək üçün hələ çox gəncəm.

Dedim ki, “sağ ol, amma yox”.

Buna baxmayaraq o, ofisə zəng etməyə davam edirdi, kinoda olmaq istəyirdi, mənimlə döyüşmək istəyirdi”.

Həmin kateqoriyadan