- Baxış sayı: 29
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan boksçusu Sübhan Məhəmmədov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.
Allsport.az xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Məhəmmədov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Məhəmmədov öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.
Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.