- Baxış sayı: 46
- 19 Yanvar 2026 21:37
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

İngiltərənin Liverpul şəhərində boksçular arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin de los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib və rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
O, 1/8 finalda Saməd Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.
Öncə Zaur Qəhrəmanovla (65 kq) Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlayıb.