- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçular arasında super liqanın növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib. Allsport.az xəbər verir ki, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.
Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.
Qubada qarşılaşmalara Azərbaycan dövlət İqtisad universitetinin idman-sağlamlıq mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-i günə UNEC – “Azərreyl” oyunu start veriləcək. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək.
Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq.
Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.
Azərbaycan super liqası
15 fevral
16:00. UNEC – “Azərreyl”
18:00. “Murov” – “Abşeron”
16 fevral
16:00. “Abşeron” – UNEC
18:00. “Azerreyl” – “Murov”.