- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçuların super liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatının IX turunun matçları fevralın 25-də, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
Fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Azərreyl” duelinə start veriləcək.
Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC – “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Hər 2 turun görüşləri AVF-in idman zalında təşkil olunacaq.