- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Voleybol üzrə yeni mövsümündə iştirak edəcək komandaların nümayəndələri ilə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, AVF-də təşkil olunan görüşdə vitse-prezident Əbülfəz Hüseynov, federasiyanın baş katib Fərid Xəlilov və baş koordinator Zöhrab Gözəlbəyli öncə onlara yeni mövsümdə uğurlar arzu ediblər. Adı ilk çəkilən mütəxəsis xatırladıb ki, yeni mövsümdə 2 komanda Çağırış kubokunda iştirak edəcək. Onların bu yarışda uğurlu çıxışı üçün hamı çalışmalıdır.
Baş katib və baş koordinator qeyd edib ki, ölkə çempionatına noyabrda start verilməsi planlaşdırılır. Yarışın dəqiq başlama vaxtı isə daha çox iştirakçı komandalardan asılı olacaq. Çünki çempionatda çıxış etmək istəyən daha bir neçə klub var ki, onların yarışlarda iştirakı sual altındadır. Federasiya rəsmiləri bütün bu problemləri nəzərə alaraq yarışda iştirak edəcək komandaların müvafiq sənədlərinin oktyabrın sonunadək AVF-yə təqdim olunmasını vacibliyini diqqətə çatdırıblar.
Sonda görüşdə iştirak edən klub rəhbərləri komandaların hazırkı vəziyyəti haqqında, məşqçilər isə oyunçular və məşqlərlə bağlı məlumatlar verib, onları maraqlandıran suallara cavab alıblar.
Görüşdə 4 qadın – “Azərreyl”, “Murov”, “Abşeron”, UNEC, və eyni sayda kişi – “Murov”, “Neftçi”, MOİK və “Xarı bülbül” klublarının nümayəndələri iştirak ediblər.