- Baxış sayı: 78
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” 2014-cü il mövsümündə sonuncu yarışında iştirak edir. Allsport.az saytı xəbər verir ki, komandamız Çin turnesi çərçivəsində keçirilən daha bir yürüşdə – “Tour of Fuzhou”da mübarizə aparır. 3 mərhələli yarışda 17-si kontinental, 5-i isə milli olmaqla 22 kollektiv çıxış edir.
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyasına malik yürüşdə bu gün 122 km-lik ilk mərhələyə yekun vurulub. Velosipedçilərimizin hamısı – Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Ənvər Asanov və İsmayıl İlyasov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar – 2 saat 39 dəqiqə 34 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Maksim Averinə məxsusdur – o, 6-cı yeri tutub.