- Baxış sayı: 66
- 11 İyul 2024 14:12
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən silahlı qüvvələrimizin çox sayda hərbi qulluqçusu şəhid olmuş, bu səbəbdən ayın 15-16-sında keçirilməsi nəzərdə tutulan gənclərin ağırlıqqaldırma üzrə ölkə birinciliyi təxirə salınmışdı.
Allsport.az saytı xəbər verir ki, artıq yarışın yeni tarixi məlum olub. 20 və 23 yaşlılar arasında çempionat oktyabrın 1-2-sində Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında keçiriləcək. Tədbirdə ölkənin bütün bölgələrindən 100-ə yaxın ağır atlet iştirak edəcək.