- Baxış sayı: 59
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. Lakin bu oyunda 1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdur. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.