Tərtərdə olimpiya idman kompleksi olacaq

Bu gün Tərtər rayonunda yeni olimpiya idman kompleksinin təməlqoyması olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.

Azərbaycan prezidenti və MOK rəhbəri İlham Əliyev tərəfindən idmana, idmançılara çox  böyük qayğı və diqqət ayrıldığını bildirən nazir Azad Rəhimov, hal hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd etdi . Nazir, bu gün növbəti, 44-cü OİK-in təməlinin qoyulduğunu və bu  il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırdı.

Azad Rəhimov xüsusi olaraq vurğuladı  ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların rahat şəkildə idmanla məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.

Həmin kateqoriyadan