- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Lüksemburqda taekvondoçular arasında açıq yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, həm reytinq xalları, həm də Rio-2012 öncəsi əhəmiyyət kəsb edən G1 kateqoriyalı turnirdə millimiz uğurlu çıxış edərək 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq) və Milad Beigi Hərçəqani (80 kq) bütün rəqiblərini üstələyiblər. Səid Quliyev (74 kq) ilə Fəridə Əzizova (67 kq) yalnız finalda uduzublar. Məcid Soyiyev (54 kq) və Radik İsaev (+87 kq) 3-cü ter tutublar.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Rza Mehmandost və böyük məşqçi Elnur Amanov bu yarışda hən də Mikayıl Əliyev (58 kq) Sina Bahrami (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaza (87 kq) da şans vermişdi.
Komandamıza ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də rəhbərlik edib. Millimiz 12 iyulda Vətənə dönəcək.