- Baxış sayı: 58
- 26 Mart 2026 10:00
- Baxış sayı: 99
- Mart 29, 2026
- 0

Kolumbiyada futzalçıların dünya çempionatında 1/8 final mərhələsi başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisi tailandlı həmkarı ilə üz-üzə gəlib. Komandamız ilk dəfə vəsiqə qazandığı bu yarışda uğurlu çıxışını davam etdirir. Üstün oynayan yığmamız bu rəqibini də tar-mar edib – 13:8.
Xatırladaq ki, millimiz mundialda keçirdiyi ilk oyunda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, növbəti oyunda güclü İspaniya yığmasına məğlub olub – 2:4. Son oyununda İranla heç-heçə (3:3) edən komandamız, qrupda 2-ci yerlə 1/8 finala çıxıb.