- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçuların super liqasının 2-ci dövrəsində “Murov” son ölkə çempionu “Azərreyl”ə 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) qalib gəldi. Matçdan sonra qalib komandanın baş məşqçisi Vüqar Əliyev allsport.az-a bunu dedi:
“Bütün hissələri irəlidə başladıq. Amma qızlarda inamsızlıq, sonda görüşün belə uzanmasına səbəb oldu. Topun qəbulunda səhvlər buraxırdıq. Oyunçularımız gəncdirlər, əksəri də yerlidir. Onların püxtələşməsi üçün zamana ehtiyac var.
Belə gərgin matçlar qızların psixoliji formalaşmasında yardım edir. Tay-brekdən öncə dedim ki, sərbəst oynasınlar – məşqdə necə, oyunda da elə – yanmasınlar. İlk hissələrdə həddən artıq istəkli oldular, özlərini yaddırdırlar”.