- Baxış sayı: 39
- 20 Dekabr 2024 16:32
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, ağır çəkidə 8-qat dünya çempionu, keçmiş boksçu, əfsanəvi amerikalı Mayk Tayson peşəkar karyerasındakı ən ağır döyüşü xatırlayıb. O, bunun 30 may 1987-ci ildə Las-Veqasda (ABŞ) həmyerlisi Pinklon Tomas ilə duel olduğunu bildirib. Həmin vaxt 20 yaşlı Mayk 6-cı raundda texniki nokautla qalib gələrək VBC və VBA titullarını qoruyub.
“Düşünürəm ki, ən ağır döyüşüm Pinklon Tomasla görüş idi. Çünki o, mənim ən çətin rəqibim idi. 2 il əvvəl bu döyüşüb videosunu nəzərdən keçirdim. Mən Pinklonun üzünə 17 dəfə vurmuşdum və o, yerə yıxılmışdı,. Amma bu, 17 vuruşdan sonra oldu! Bütün zərbələr mümkün qədər güclü idi və Pinklon yalnız sonuncu zərbədən sonra huşunu itirdi. Mən düşündüm: “İlahi, bu, mənim ən çətin döyüşümdür” – deyə Tayson deyib.