Tsü Velaskeslə döyüşəcək

Birinci orta çəkidə sabiq dünya çempionu Tim Tsü dekabrın 17-də Avstraliyanın Sidney şəhərində amerikalı Entoni Velaskesə qarşı döyüş keçirəcək.

Allsport.az xəbər verir ki, Velaskeslə döyüş, Tsü üçün iyunda divizion lideri Sebastyan Fundoraya qarşı revanşda məğlubiyyətindən sonra ilk qarşılaşma olacaq.

31 yaşlı avstraliyalı boksçu son dörd döyüşündə üç məğlubiyyət alıb.

Həmin kateqoriyadan