- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların “Zəfər kuboku”nun finalında “Neftçi” klubu “Murov”u 3:2 üstələdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “ağ-qaralar”ın toppaylayıcısı Tural Həsənli qələbəni belə şərh etdi:
“Ölkə çempionatında rəqib artıq 3-cü dövrədə çempionluğunu təmin etmişdi. Biz də istəyirdik ki, “Zəfər kuboku”nda bunun əvəzini çıxaq. Düzdür, yüksək liqanı da qazana bilərdik, amma müəyyən səbəbdən buna yetişə bilmədik.
MOİK-ə 0:3 yenildiyimiz oyunda kiçik detallar var ki, bu barədə danışmağa dəyməz. Ola bilər, biizm də səhvlərimiz oldu. Amma o görüşdə kiçik məqamlar olmasaydı, bəlkə də qalib gələrdik”.