- Baxış sayı: 50
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 145
- Fevral 09, 2026
- 0

17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb. Allsport.az saytı xəbər verir ki, dekabrın 2-6-sında Qori şəhərində bu yaş qrupu üzrə Şərqi Avropa zona assosiasiyasının çempionatında Cəlil Baxtiozinin rəhbərlik etdiyi komandamız ev sahibi, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə mübarizə aparacaq. Avro-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına adlayacaq.
Oyun cədvəli
2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan – Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan