- Baxış sayı: 53
- 13 Yanvar 2025 14:21
- Baxış sayı: 333
- Yanvar 27, 2025
- 0
U-19 millimiz Avropa çempionatının ilkin mərhələsində sonuncu oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan futzalşılarımız San Marinonun Serravalle şəhərində yerli komanda ilə 2:2 edib. Bizdən qolları 24-cü dəqiqədə Oqtay Mahmudzadə və 29-cu dəqiqədə Ədalət Ələkbərov vurublar.
Ötən gün ilk matçında Kosovo yığmasını 4:1 hesabı ilə üstələyən millimiz, 4 xalla qrupu 1-ci pillədə başa vuraraq, əsas mərhələyə vəsiqə qazanıb.
Millimiz əsas mərhələnin 7-ci qrupunda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək.