- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində 21 yaşadək cüdoçuların Azərbaycan birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılışında çıxış edərək, ölkə başçısı İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən cüdonun inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.
ACF-nin baş katibi Elmar Babanlı federasiya prezidenti Rövnəq Abdullayevin salamlarını iştirakçılara çatdıraraq, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, idman və gənclər siyasəti Azərbaycan prezidentinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Çıxışlardan sonra dövlət himni səsləndirilib.
Rəsmi hissədən sonra yarışlara start verilib. Turnirdə oğlanların yarışında 55 və 60 kiloqram, qızların mübarizəsində isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 64 klubdan 467 gənc cüdoçu mübarizə aparır.