UEFA-dan İngiltərə klublarına “yox” cavabı

UEFA İngiltərə premyer liqası klublarının çempionlar liqası üçün iştirak ərizəsinin genişləndirilməsi ilə bağlı müraciətinə mənfi cavab verib.

Allsport.az xəbər verir ki, İngiltərə təmsilçiləri sifariş vərəqəsindəki futbolçu sayının 25-dən 28-ə çatdırılmasını xahiş ediblər. Lakin qitə futbol qurumu bu müraciəti qəbul etməyib.

Məlumata görə, mövcud reqlamentin saxlanılmasının tərəfdarı kimi İspaniya klublarının nümayəndələri çıxış ediblər. Onlar hesab edirlər ki, iştirak ərizəsinin genişləndirilməsi maliyyə imkanları daha geniş olan İPL klublarına ədalətsiz üstünlük qazandıra bilər.

Bu məsələyə yenidən 2027/28 mövsümünün startından əvvəl baxıla bilər.

Həmin kateqoriyadan