UEFA-dan “Real Madrid”ə cəza

UEFA “Real Madrid”i 15 min avro cərimələyib və “Santyaqo Bernabeu” stadionunun bir hissəsinin bağlanması barədə qərar çıxarıb.

Allsport.az xəbər verir ki, buna səbəb fevralın 25-də “Benfika” ilə oyunda (2:1) bir azarkeşin nasist salamı verməsi olub.

İrqçi davranışa görə verilən cəza çempionlar liqasının 1/8 finalında “Mançester Siti” ilə keçiriləcək ev oyununda tətbiq olunacaq.

Həmin kateqoriyadan