UFC döyüşçülərinin qazandığı məvacib

Kaliforniya ştatının atletika komissiyası Los-Ancelesdə baş tutan qarışıq döyüş növləri üzrə UFC 311 turnirinin rəsmi ödənişlərini açıqlayıb.

Allsport.az xəbər verir ki, İslam Mahaçev və Merab Dvalişvilinin qonorarı tədbirin ödənişli yayımlarının satışından gələn faiz nəzərə alınmadan göstərilir. Onlar UFC çempionu olduqları üçün bu ödənişlər də idmançılara verilir.

İslam Mahaçev – 200 min dollar (uduş bonusu istisna olmaqla);
Renato Moikano – 250 min dollar;

Merab Dvalişvili – 500 min dollar (uduş bonusu istisna olmaqla);
Ömər Nurməhəmmədov – 100 min dollar;

Jiri Proçazka – 250 min dollar (qonorar 200 min dollar, uduşa görə bonus isə 50 min dollar);
Camal Hill – 200 min dollar;

Caylton Almeyda – 220 min dollar (qonorar 110 min dollar, qələbə bonusu isə 110 min dollar);
Sergey Spivak – 100 min dollar;

Boqdan Quskov – 86 min dollar (qonorar 43 min dollar, uduş üçün bonus isə 43 min dollar);
Azamat Bekoev – 24 min dollar (qonorar 12 min dollar, uduş üçün bonus isə 12 min dollar);
Tahir Ulanbəyov – 72 min dollar (qonorar 36 min dollar, uduş üçün bonus isə 36 min dollar).

Həmin kateqoriyadan