- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 41
- Noyabr 21, 2024
- 0
Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Kosenko əcnəbi oyunçuların milliləşdirilməsindən danışarkən, Azərbaycan yığması barədə də söz açıb. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrup birincisi olan 7 komanda arasında ancaq Ukrayna yığmasında braziliyalı futzalçı yoxdur. Hətta çoxmilyonlu Rusiya yığması da braziliyalılarsız ötüşə bilmir. Belə olan halda, İtaliya və Portuqaliya komandalarında bu cür halların yaşanmasını başa düşmək olar.
Yaxud da, Azərbaycan və Qazaxıstan yığmalarını götürək. Onlar gözəl başa düşürlər ki, yalnız öz oyunçuları ilə heç nəyə nail ola bilməzlər. Amma biz əksini göstərdik. Bizim öz istedadlarımız var”.