“Üzərimdə böyük əməyi var”

III MDB oyunlarında Yevlax olimpiya idman kompleksində yeniyetmə boksuların mücadiləsində 52 kq-da Əli Abbasov bütün rəqiblərini üstələdi. O, mükafatlandırmadan sonra təəssüratını allsport.az saytına paylaşdı:

“Qırğısıztan idmançısı ilə ilk döyüşüm yaxşı keçdi. Sonra türkmənistanlı rəqiblə qarşılaşdım. Onu xal hesabı ilə apardım. Ən çətin görüşüm finalda qazaxıstanlı boksçu ilə oldu. Qırğın mübarizə oldu, hər ikimiz çox yorulduq. Allaha çox şükür, sonda qalib elan edildim.

MDB oyunları doğma divarlar arasında keçirildiyindən məsuliyyətimiz ikiqat idi. O üzdən çox istəyirdim ki, qızıl medal qazanım. Qələbəmi ilk növbədə atama (Fariz Abbasov – red) həsr edirəm. O həm də mənin şəxsi məşqçimdir. Üzərimdə böyük əməyi var.

Sonra millinin məşqçilər heyəti – Vaqif Kazımov, Teymur Məmmədov və Ağası Məmmədova təşəkkür edirəm. İlin sonunda Almaniyada Avropa çempionatı var. Bundan sonra bütün güvümü ora yönəldəcəyəm”.

Kamran HACI, Yevlax

Həmin kateqoriyadan