“Vacib olan şeylərdən yayınmaq istəmirəm”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso la liqanın 10-cu turunda “Barselona” üzərində 2-1 hesablı qələbədən sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvəzləndiyi üçün qəzəbli reaksiya göstərən hücumçu Vinisius Junior ilə danışacağını bildirib.

“Oyunun bir çox müsbət tərəflərinə və Vini ilə bağlı yaxşı şeylərə diqqət yetirəcəyəm. Əlbəttə ki, əvəzlənməyə reaksiyasından danışacağıq, amma həqiqətən vacib olan şeylərdən yayınmaq istəmirəm. O, qələbəmizə böyük töhfə verdi. Bu, vacib, layiqli qələbədir… Böyük matçlarda rəqabətli komanda kimi hiss etmək vacibdir. Qalanlarına gəldikdə isə, bu barədə daha sonra danışacağıq”.

Vinisius 2025/26 mövsümündə bütün turnirlərdə 13 oyunda beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan