Vadim Kutukov: “Əgər legionçuları kənara qoysaq, “Neftçi” ilə heç bir komanda bacarmaz”

FHN-in idman-sağlamlıq kompleksində kişi voleybolçuların yüksək liqasının 1-ci dövrəsində lider “Neftçi” gözlənilmədən debütant “Xilasedici”yə 1:3 uduzub. “Ağ-qaralar”ın diaqonal hücumçu Vadim Kutukov allsport.az saytına yenilgi barədə belə şərh verib:

“Bu mövsüm “Neftçi”də cox güclü heyət yiğişıb. Bəlkə də, son 5-6 ildə ən yaxşi 6-lıqdır. Özüm isə, bu komandada 8-ci mövsümü keçirirəm. Heyətdə əksər voleybolçular azərbaycanlılardır. Əgər legionçuları kənara qoysaq, bizlə heç bir komanda bacarmaz.

Düzdür, hər kəs çempion olmaq istəyir. Əlbəttə gəlmələrə ehtiyacları var. Əsas maraq axırda olacaq, “dördlər finalı”nda. Hələlik ilk yenilgini aldıq. Öz komandama inanıram. Məglubiyyət bizi daha gücləndirir. Qaldı əcnəbilərə, onları güclü saymıram. Sadəcə, milli komandada az oyun keçirmişik. Olmaya, dünyanın 1-ci nömrələrinə qarşı oynamışıq (gülür)? Azərbaycana gələn bizdən voleybol öyrənir.

“Xilasedici” klubu “Murov” kimi dostlardan ibarətdir. Lakin meydançada hamımız rəqibik. Çox istəyirdik ki, 3:0 udaq və uğur zolağını davam etdirək. Fikrimcə, topu qəbul etmədə səhvlərə görə yenildik! Çalişacağıq ki, əsas mərhələyə qədər bütün zəif cəhətləri aradan qaldıraq. Ola bilər, biz də legionçularla güclənək. Ancaq yenə də ilk pillədəyik. Üstəlik. yüksək liqa təzə başlayıb! Hər bir komandaya uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin”.

Həmin kateqoriyadan