- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 63
- Aprel 23, 2025
- 0
Antalyada qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə yeniyetmələr arasında qılıncoynatmanın şpaqa və sablya növləri oğlan və qızların şəxsi yarışında qaliblər müəyyənləşib.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran yeniyetmə şpaqa Vahab Fətullayev pley-offda Estoniya və Türkiyədən olan rəqiblərinə qalib gəlsə də, ukraynalı Maksim Gulaya cəmi 1 xal fərqi ilə (14-15) uduzaraq ən güclü səkkizliyə yüksələ bilməyib. Oruc Misirzadə və Emin Səfərbəyov isə qrup mərhəlsini adlasa da, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar.
Yeniyetmə qız sablyaçıların şəxsi yarışında Valentina Zeynalova, Leyla Əhmədova və Fərəh Abasova qrup mərhələsindən pley-offa yüksəlsələr də, ən güclü 32-lik uğrunda baş tutan görüşlərdə məğlub olublar. Züleyxa Sultanlı isə mübarizəni qrup mərhələsində dayandırıb.