- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə beynəlxalq turnir start götürəcək.
Allsport.az xəbər verir ki, boks mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək.
Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.
Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da isə boks federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar ümummilli liderin məzarını və şəhidlər xiyabanını ziyarət edəcəklər.
Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.