- Baxış sayı: 202
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının idman zalında “İdman həftəsi”sində öncə 3-cü yerin sahibi bəlli olub. Allsport.az saytı xəbər verir ki, “Media” və GİN komandaları arasında baş tutan matçda jurnalistlər 2:0 (25:22, 25:20) qalib gəliblər.
Ardınca qalib adı uğrunda “Veteranlar” və “Bakı” görüşüb. Bu matçda usta voleybolçular 2:0 (25:8, 25:7) seviniblər.
Finalı Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva izləyib və yarışın bağlanış mərasimində qalibləri təbrik edib. Sonra o və AVF-in baş katibi Fərid Xəlilov mükafatçılara medal və diplomlar veriblər.