Videokameralar daha bir növdə sübut-dəlil olacaq

2004-cü ilin Afina Yay Olimpiya Oyunları və builki Qlazqo Həmrəylik Oyunlarında hakim səhvlərinin nəticələrə təsir etməsi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) qəti addımlar atmağa sövq edib. Bu səhvlər nəticəsində yarışın, o cümlədən medalçıların sıralamasına dəyişikliklər etmək məcburiyyəti də yaranırdı. Asiya Oyunlarında da əsl qalmaqal yaşanmışdı.

«Allsport.az» xəbər verir ki, İWF yarışların nəticəsini araşdırmaq üçün videokameralardan istifadə etmək qərarına gəlib. Yarış məkanına 3 kamera qoyulması planlaşdırılır.

Onlar hadisələri hakimlərin oturduğu yerdən dəqiq qiymətləndirməyə kömək edəcək. Lazım olduqda, videokadrlar dəlil kimi istifadə olunaraq, təkrarlara baxılacaq. Bu mənada ilk yarış Peru paytaxtı Limada keçiriləcək yeniyetmə ağırlıqqaldıranların dünya çempionatı olacaq.

Həmin kateqoriyadan