- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
AVF gənc və yeniyetmə oğlan və qız voleybolçuların fiziki hazırlığını artırmaq məqsədi ilə bölgələrdə toplanışlara start verib. Allsport.az saytı xəbər verir ki, yay aylarında planlaşdırılan hazırlığın ilki Xaçmaz rayonun Nabran qəsəbəsində keçirilir.
10 gün davam edəcək məşqlərə 2005-2008-ci il təvəllüdlü oğlan voleybolçular cəlb olunublar. 17 idmançının iştirak etdiyi hazırlığa Qüdrət Məlikov, Cəlil Baxtiyozin, Oqtay Musayev, AVF-in nümayəndəsi, seleksiyaçı-məşqçi Yaqub Rəsulov birgə rəhbərlik edirlər.