- Baxış sayı: 52
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 157
- Fevral 09, 2026
- 0

Bu gün Avropa voleybol konfederasiyası (CEV) “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil edəcək. Allsport.az xəbər verir ki, Avropada bu tədbir ilk dəfə 2016-cı ildə qeyd edilib.
Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar və həvəskar voleybolçular üçün matçlar keçirib. Keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanır.
Azərbaycan voleybol federasiyası da bu gün voleybolçular üçün festival keçirəcək. Azərbaycan voleybol mərkəzində təşkil olunacaq festivalda müxtəlif oyunlar, musiqi proqramı və istedadlı voleybolçuların seçimi olacaq.