- Baxış sayı: 204
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasında yeni mövsümə təyinat alacaq hakimlərin toplantısı keçirilib.
Allsport.az saytı xəbər verir ki, iclasda AVF-in ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev ilk olaraq iştirakçıları salamlayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
Beynəlxalq dərəcəli hakimlərimiz toplantı iştirakçılarına yeni qaydalar haqqında məlumat verib və iclasda iştirak edən hakimləri maraqlandıran sualları cavablandırıblar.
Yığıncaqda 25-ə yaxın hakim iştirak edib.
