Voleybol hakimləri üçün seminar

2022-2023-cü illərdə ölkəmizdə yarış və turnirlərdə iştirak edəcək hakimlərin seminarı olub. Allsport.az saytı xəbər verir ki, AVF-in hakimlər komissiyasının sədrinin müavini Eldar Zülfüqarov və beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayıblar və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.

Onlar yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Toplantının sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə uyğun olaraq Hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.

Nəzərinizə çatdıraq ki, uzun zamandır ki, ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-in komisiyyası tərəfindən təyin olunurlar. Federasiya hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirib. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında baş tutan seminarda 40-a yaxın hakim iştirak edib.

Həmin kateqoriyadan