- Baxış sayı: 53
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0

Qadın voleybol millimiz Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər, bir neçə yoxlama görüşü də keçirəcək.
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər 2 komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqinə çıxıb.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.
21 iyul – 16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul – 16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul – 16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul – 10:30. Azərbaycan – Belarus (AVF)