Voleybolçularımız Qızıl Avropa liqası üçün Rumıniyaya yollanıb

Bu gün qadın voleybol millimiz Rumıniyaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, Qızıl Avropa liqasında iştirak edəcək komandamız, son hazırlıq mərhələsini bu ölkədə keçirəcək. Yığmamızın Karpatlarda rəsmi görüşlərdən öncə ev sahibi ilə bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan millisinin heyəti: 
Libero: 
1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova; 
Toppaylayıcılar: 14. Kristina Besman, 15. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova; 
Blokçular: 6. Ayşən Abduləzimova, 8. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk; 
Hücumçular: 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.

Bu yarışda millimizə baş məşqçi Vasif Talıbovun əvəzinə Vüqar Əliyev rəhbərlik edəcək. Ona Eldar Yusubov Famil Ağayev köməklik edəcəklər.

Mükafat fondu 413 min avro olan bu liqada bizimkilər “A” qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar. Qızıl Avropa liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq.

İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. “B” qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.

Həmin kateqoriyadan