- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan voleybolunun canlı əfsanəsi Alla Həsənova üçün əlamətdar gündür. Allsport.az saytının məlumatına görə, milli komandamızın və “Azərreyl”in keçmiş kapitanı yubileyini qeyd edir. Gənclərdən ibarət yığmamızda çalışan mütəxəssisin 50 yaşı tamam olur.
Voleybolsevərlərin sevimlisi olan sabiq “3 nömrə” dəfələrlə dünya və Avropa çempionatlarında komandamızın uğurlu çıxışı üçün bütün gücünü səfərbər edib. Universal olaraq hər oyunçuya dəstək verib və onlara meydanda sözünü həqiqi mənasında ölkə adına necə oymamalı olduqlarını göstərib.
Voleybol ictimaiyyəti, federasiya kollektivi və yığmanın oyunçuları adından yubilyarı təbrik edir, ona sağlam və xoşbəxt həyat arzulayırıq. İnanırıq ki, onun yetişdirəcəyi voleybolçular tezliklə bizə mötəbər yarışların medallarını qazandıracaq, yaxın gələcəkdə Azərbaycanın yay olimpiya oyunlarına vəsiqəsini təmin edəcək. Bu işdə bir daha Alla Həsənovaya uğurlar arzulayırıq. Qoy, kapitan kimi tanındığın komandamız tezliklə yetirmələrinlə də adından söz etdirsin!!!