- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsində Qazaxıstanla matçdan əvvəl tribunalardakı azarkeşlərin ağır təhqirlərinə məruz qalan və stadionu tərk edərək, evinə gedən Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl maraqlı açıqlamalar verib. Allsport.az xəbər verir ki, təcrübəli qapıçı bütün bu təzyiqlərdən sonra futboldan gedə biləcəyini deyib.
“Milliyyət” qəzetinin iddiasına görə həmin qarşılaşmadan bir gün sonra klubu “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım və idarəçilərlə görüşən 33 yaşlı qolkiper onlara bu sözləri deyib:
“Artıq futboldan gedə bilərəm. Məni ən çox üzən şey qızıma qarşı təhqirlərdi. Məşq zamanı özümə “mən niyə buradayam?” dedim. Biz ora milli komanda üçün gedirik. Qarşılıq gözləmədən oradayıq, amma əvəzində təhqir olunuruq. Özüm bir tərəfə, arvadıma və qızıma edilən təhqirlərə dözə bilmədim. Millinin matçlarında hamımız təzyiq altında qalırıq. Ümid edirəm ki, bundan sonra kimisə söyməzlər”.