- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycanın peşəkar kikboksçusu Xəyal Əhmədov noyabrın 5-də rinqə çıxacaq. Allsport.az saytı xəbər verir ki, yığma komandanın üzvü Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə təşkil olunan beynəlxalq turnirdə iştirak edəcək. Onun rəqibi ermənistanlı Cioran Apuyepyan olacaq.
“A1 World Combat Cup” tərəfindən keçiriləcək yarış dünyada “Səkkizlik” adı ilə məşhurdur. Xəyal Əhmədov bu il mayın 28-də Niderlandın Eyndhoven şəhərində K-1 versiyasında beynəlxalq turnirin qalibi olub. Polşalı idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.