- Baxış sayı: 43
- 18 Aprel 2025 16:16
- Baxış sayı: 67
- Aprel 20, 2025
- 0
Qazaxıstanın “Kayrat” klubu ilə yoxlama oyunu keçirmək üçün sözügedən ölkədə səfərdə olan Azərbaycanın “Xəzər adaları” futzal komandası artıq vətənə qayıdıb. Allsport.az xəbər verir ki, komandamızın üzvləri bu gün səhər saatlarında Almatını tərk edərək, Bakıya yollanıb.
Artıq vətəndə olan heyət üzvləri bir neçə günlük fasilədən sonra məşqlərə davam edəcək.
Qeyd edək ki, Qazaxıstanda iki yoxlama oyunu keçirən “Xəzər adaları” “Kayrat”a ilk oyunda 3:5, ikinci görüşdə isə 2:5 hesabıyla uduzmuşdu.