- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 117
- Sentyabr 23, 2026
- 0

Nüfuzlu “Transfermarkt” portalı futbolçuların bazar dəyərinə əsasən dünyanın ən bahalı klublarının yenilənmiş reytinqini dərc edib.
Allsport.az xəbər verir ki, siyahıya “Real Madrid” başçılıq edir. Madrid təmsilçisinin heyətinin ümumi dəyəri 1,38 milyard avro qiymətləndirilir. İkinci pillədə “Arsenal” (1,29 milyard avro), üçüncü yerdə isə “Mançester Siti” (1,19 milyard avro) qərarlaşıb.
Siyahıda ən diqqətçəkən məqam isə “Nottingem Forest”in mövqeyidir. Hazırda İngiltərə premyer liqasında 17-ci pillədə qərarlaşan klub, 620 milyon avro dəyərlə dünyanın ən bahalı 13-cü komandası olub.
Dünyanın ən dəyərli 10 klubu:
| Sıra | Klub | Bazar dəyəri |
| 1 | Real Madrid | € 1,38 mlrd |
| 2 | Arsenal | € 1,29 mlrd |
| 3 | Mançester Siti | € 1,19 mlrd |
| 4 | PSJ | € 1,19 mlrd |
| 5 | Çelsi | € 1,18 mlrd |
| 6 | Barselona | € 1,12 mlrd |
| 7 | Liverpul | € 1,04 mlrd |
| 8 | Bavariya | € 981 mln |
| 9 | Tottenhem | € 879 mln |
| 10 | Mançester Yunayted | € 719 mln |