- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 114
- Sentyabr 23, 2026
- 0

“Milan” belçikalı hücumçusu Divok Origi ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər. 30 yaşlı futbolçu ilə imzalanmış sözləşmənin müddəti əslində 2025/26 mövsümünün sonuna qədər idi.
2022-ci ildə “Milan”a transfer olunan Origi “qırmızı-qaralar”ın heyətində keçirdiyi 36 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ilin yazından bəri komandada rəsmi oyunlara çıxmırdı.