- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0

PSJ-nin qapıçısı Matvey Safonov “Le Parisien” qəzeti tərəfindən dekabrın ən yaxşı futbolçusu seçilib.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu ötən ay 4 matçın 2-də qapısını toxunulmaz saxlayıb. O, xüsusilə qitələrarası kubokun finalında (“Flamenqo”ya qarşı) penaltilər seriyasında 4 zərbəni dəf edərək qəhrəmana çevrilib.
Safonov 7,25 balla siyahıya başçılıq edir, ikinci yerdə Zair-Emeri (7 bal), üçüncü pillədə isə Paço (6,31 bal) qərarlaşıb.