“Xəzər Lənkəran” “Böyük oyun”a ciddi itki ilə çıxa bilər

Topaz Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya cənublular ciddi itki ilə çıxa bilər.

Belə ki, “ağ-yaşıllılar”ın yarımmüdafiəçisi Alfred Sanko ötən tur “İnter”lə Lənkəranda baş tutan qarşılaşmada zədələnib. Tam sağalmayan və məşqlərə qatılmayan Sankonun “Neftçi”yə qarşı oynaması sual altındadır.

Qeyd edək ki, cənublular Bakıya sabah gələcəklər və “Bakcell Arena”da son məşqə çıxacaqlar. Qarşılaşma isə fevralın 11-də keçiriləcək və saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan