- Baxış sayı: 43
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Premyer Liqanın 20-ci turu çərçivəsində evdə Bakının “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” hazırlığa start verib. Allsport.az xəbər verir ki, Lənkərandakı bazasında dünən bir araya gələn komanda bərpa məşqini keçirdikdən sonra bu gündən etibarən “İnter” oyununun hazırlığına başlayıb.
Səhər və axşam olmaqla gündə iki dəfə məşqlərini keçirəcək “Xəzər Lənkəran” fevral ayının 6-da oyunöncəsi son məşqinə çıxdıqdan sonra hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. Hazırda komandada İlqar Ələkbərov zədə səbəbindən kollektiv məşqlərə qoşula bilməsə də, fərdi olaraq çalışmalara qatılır.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “İnter” matçı fevral ayının 7-də saat keçiriləcək və saat 17:00-da start götürəcək.