- Baxış sayı: 43
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Karyeraları ərzində Avropanın 8-dən artıq ölkəsində çalışan baş məşqçilər müəyyənləşib. Allsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Tomislav İviç və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak başçılıq edir.
Avropanın 9 müxtəlif ölkəsində işləyən hər iki mütəxəssis rekord göstəriciyə malikdir. Xorvatiyalı İviç karyerası ərzində Xorvatiya, Hollandiya, Belçika, Türkiyə, İtaliya, Yunanıstan, Portuqaliya, Fransa və İspaniyada çalışıb.
2013-cü ildə “Xəzər Lənkəran”ı çalışdıran Toşak isə Azərbaycanla yanaşı, daha öncə İngiltərə, Portuqaliya, İspaniya, Uels, Türkiyə, Fransa, İtaliya və Makedoniya kimi ölkələrdə fəaliyyət göstərib.
“Benfika”nın əfsanəvi baş məşqçilərindən olan Bela Quttmann (8 ölkə) siyahıda üçüncü olub. Lyupko Petroviç, Pal Ksernai və Roy Hocson (7 ölkə) isə 4-6-cı pilləri bölüşdürür.