- Baxış sayı: 195
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

Bu gün kişi voleybolçular arasında yüksək liqada növbəti oyunlar keçirilib. Allsport.az xəbər verir ki, FHN-nin idman-sağlamlıq kompleksində baş tutan qarşılaşmada “Azərreyl” “Xilasedici”yə uduzub – 0:3 (16:25, 21:25, 19:25).
Eyni məkanda MOİK “Sərhədçi”dən üstün olub – 3:0 (17:25, 9:25, 13:25).
Bu matçlardan sonra “Xilasedici” yenidən liderliyə yüksəlib. Rəqiblərindən 1 oyun çox keçirən (6 oyun) komandanın hesabında 15 xalı var.
3 setlə qazanılan 3 xal MOİK-in də turnir cədvəlində mövqeyinə təsir edib. 5 qarşılaşmaya 7 xal toplayan komanda 4-cü yeri ələ keçirib. Onlar 6 xala malik “Azərreyl”i qabaqlayıblar. “Sərhədçi” isə 6 görüşdən sonra hələ də xal qazanmayıb.